İlkinur Kərəmli

profile-pic
Web

Kompüter şəbəkəsi topolojilər və topoloji tipləri.

7 iyul 2020

Hər kompüter şəbəkəsi məlumatın sistemlər arasında gəlib getməsini təmin edə biləcək bir yola ehtiyac duyur. Belə bir texnologiya olmadığı üçün fərqli şirkətlər bu məsələyə fərdi şəkildə yanaşıblar. Nəticədə məntiqi və fiziki şəbəkə dizayn topolojiləri yaradılmışdır. Aradakı bağlantı çox vaxt kabel üzərindən həyata keçirilir. Bununla bərabər kabelsiz həll yolları getdikcə yayılmaqdadır. Ancaq kabelsiz həll yolları hələ ki kabelə hər əsasda rəqib olmaqdan uzaqdır. Əksər şəbəkələr hələ ki kabelləmə sistemindən istifadə edir. Ona görə də fiziki topolojiləri öyrənmək mühümdür. Topoloji fərqli şəbəkə texnologiyalarının quruluşunu və çalışma şəkillərini anlamada başlanğıc nöqtədir. Şəbəkə quran zaman şəbəkənin hansı formada olmasını topolojilər vasitəsi ilə təyin edirsən. Təyin etdiyin topoloji istifadə edəcəyin texnologiyanı aydınlaşdırmaqda mühüm rol oynayır. 

Topoloji tipləri 

 

 

Fully Connected Topology


Tam birləşmiş topoloji


Tree Topology


Ağac Topoloji


Hybrid Topology


Hibrid Topoloji


Bus Topology


Şin Topoloji



 


Dual Ring Topology


İki qat Həlqə Topoloji


Star Topology


Ulduz Topoloji


Mesh Topology


Tor Topoloji


Linear Topology


Xətti Topoloji


Ring Topology


Həlqə Topoloji



 


Nodes


Nöqtələr, kompüterlər


Topolojini anlamanın ən asan yolu onu iki fərqli və sərbəst bölümə ayıraraq araşdırmaqdır: 

  1. Fiziki Topoloji 
  2. Məntiqi Topoloji 

Fiziki topoloji, aralarında şəbəkə qurulmuş bir qrup kompüterə baxdığımızda gördüyümüz şeydir. Yəni kabel kompüterlər arasında necə dolaşır, kompüterlər bir-birlərinə necə bağlanmışdır kimi gözlə görülən materiallar fiziki topolojini aydın edir. Məntiqi topoloji isə kabel bağlantı formalarının sərbəst şəkildə kompüterin məlumatlarını birbirlərinə necə çatdırdıqlarını açıqlayır. Yəni mübadilə prosesinin gedişatından xəbər verir. Topoloji əslində tək başına şəbəkə ilə bağlı bir çox mövzuya açıqlıq gətirmir. Məsələn: istifadə olunan kabelin tipi, maksimum uzunluğu, kompüterlərin kabelin istifadədə olub olmadığını necə təsbit etməsi kimi mövzular sadəcə topoloji ilə açıqlamaq mümkün deyil. Fərqli topolojiləri istifadə edən fərqli şəbəkə sistemləri vardır. Bu texnologiyalar Ethernet, Token Ring və ya FDDI kimi adlara sahibdir. Hər şəbəkə texnologiyası istifadə etdiyi topoloji ilə bərabər, istifadə olunacaq kabel tipi, onun maksimum uzunluğu kimi mövzulara da aydınlıq gətirir. Hələ ki bu texnologiyalar haqqında öyrənməli olduğumuz məsələlər onların hansı topolojidən istifadə etdiyidir. Sonra bu texnologiyaları ayrı-ayrılıqda geniş şəkildə izzah edəcəm.

Topoloji tipləri və inkişafı 

Bus topoloji

topology bus üçün şəkil nəticəsi 

Fiziki bus bütün kompüterlərin eyni kabelə bağlı olduqları sistemdir. Kabelin hər iki ucuna sonlandırıcı və ya sonluq adı verilən başlıq taxılır. Bu topoloji həm məntiqi, həm də fiziki olaraq mövcuddur. Quraşdırılması asandır. Ən böyük çatışmazlığı kabelin bir nöqtəsində yaranan qopuqluğun bütün sistemi çökdürməsidir. Məntiqi bus isə, göndərilən bir məlumatın bütün sistemlərə çatması demək idi.

Linear(Xətti) topoloji  

topology liner üçün şəkil nəticəsi

Bu topoloji eynən bus kimidir. Əsasən Ethernet texnologiyasında istifadə olunur. Hub daxilində bu topolojidən istifadə olunur. Çünki hub daxilində node-lar eynən linear-dakı kimi bir xətt üzərində yerləşir. 

Ring (Həlqə) topoloji 

topology ring üçün şəkil nəticəsi

Məntiqi Ring topoloji isə Token-Ring adı verilən birinci IBM-in yaratdığı, sonralar IEEE və ISO tərəfindən inkişaf etdirilən və şəbəkə sistemlərində istifadə olunan texnologiyadır. Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır. Ancaq bu tip şəbəkə sistemində məlumatı ötürmək üçün bir siqnal mövcud olur. Bu siqnal daim sıra ilə bütün hub-ları və kompüterləri dövr edir və məlumat ötürülməsini həyata keçirir. Onun üçün ona Ring (Həlqə) adı verilmişdir. Bu sistem Token Ring-də ətraflı izah olunacaqdır 

Dual Ring(İki həlqə) topolojisi 


topology dual ring üçün şəkil nəticəsi

Ring topolojisinin daha inkişaf etmiş formasıdır. Burada xəttin birində xəta yaranarsa, ikinci xətt əsas xətt kimi fəaliyyəti davam etdirir. Ya da xətanın ortadan qaldırılmasında əsas xəttə yardımçı olur.

Star (Ulduz) topoloji  

topology star üçün şəkil nəticəsi

Ən yayılmış şəkildə istifadə olunan fiziki topolojidir. Hər kompüterdən çıxan bir kabel mərkəzdəki bir qutuya(hub) girir. Ən böyük üstünlüyü bir kabeldə yaranan problemin sadəcə o kabelə bağlı kompüterə təsir etməsidir. 

Mesh (Tor) topoloji

topology mesh üçün şəkil nəticəsi 

Bu topolojidə bütün kompüterlər digər kompüterlərə tək bir kabel vasitəsi ilə bağlanırlar. Nəzəri olaraq ideal bağlantı tipidir. Ancaq aradakı kabel sayı kompüter sayı artdıqca əlavə olunaraq artdığı üçün həqiqi həyatda sadəcə çox xüsusi hallarda və az sayda kompüter arasında istifadə olunur. Əlbəttə ki, bu forma kabelləmə rahat ola bilməz. Amma bəlkə də gələcəkdə bu forma simsiz şəbəkələrdə öz yerini tapacaqdır. Hal-hazırda da belə formanı simsiz şəbəkə ilə qurmaq olur. Buna bir növ məntiqi topoloji də demək olar.

TREE (Ağac) topoloji 

topology tree üçün şəkil nəticəsi

Əsasən mərkəzi, əsas kompüterlər və ya hub-lar bus topolojisi ilə birləşdirilir və digər kompüterlər isə əsas kompüterlərə və ya hub-lara star topolojisi ilə qoşulurlar və budaqlanan çoxalma yaranır 



Mesaj qoy