İlkinur Kərəmli

profile-pic
PC

Kompüterlərin təsnifatı.

18 sentyabr 2020

Kompüterləri təyinatına, uyğunluq parametrlərinə, ölçülərinə görə təsnifatlaşdırmaq mümkündür. Kompüterlərin təyinat üzrə təsnifatı daha geniş kompüterlər sinfini əhatə edən təsnifat formasıdır. Bu təsnifata görə kompüterlər tətbiq olunma sahələrinə görə qruplaşmışlar. Təyinatı üzrə təsnifat prinsipinə görə kompüterlər aşağıdakı qruplara bölünür:

  • Mainfreymlər,
  • Mini-kompüterlər,
  • Mikrokompüterlər və ya fərdi kompüterlər.

Mainfreymlər çox böyük müəssisələrdə istifadə edilərək, elektron informasiyanın mərkəzləşmiş saxlanılmasını və paralel işlənilməsini təmin edir. Bu sinif kompüterlərin istehsalına 1964 –cü ildə IBM/360 kompüterinin istehsalı ilə başlanmışdır və onların əsas istehsalçıları IBM, Amdahl, ICL, Siemens Nixdorf və digər firmalar hesab olunur.

Mainfreymlərin IBM 370, IBM ES/9000, Cray 3, Cray 4, VAX-100, Hitachi, Fujitsu VP2000 modelləri geniş yayılmışdır. Bu gün hərbi-sənaye və biznes məlumatlarının 70% mainfreymlərdə emal olunur. Təkcə dünyanın 25 000 təşkilatında İBM firmasının istehsal etdiyi mainfreymlərdən istifadə olunur. Müasir mainfreymlər saniyədə on milyardlarla əməliyyat yerinə yetirən, paralel işləyən, 64 tərtibli, bir neçə mərkəzi və perferiya prosessorundan ibarət çoxprosessorlu sistemdir. Hesablama əməliyyatı mərkəzi prosessorlarda yerinə yetirilir. Perferiya prosessorları isə çoxsaylı perferiya qurğularını idarə edir. Mainfreymlər çox istifadəçi rejimində fəaliyyət göstərir. Belə ki, mainfreymin əsas blokuna terminallar qoşulur ki, onlar vasitəsilə qəbul edilmiş 1000-dən artıq istifadəçi məsələsini paralel olaraq eyni zamanda yerinə yetirmək mümkün olur.

Mainfreymlər həddən artıq etibarlı kompüterlərdir. Onların dayanmadan işləmə müddəti 12-15 il hesab olunur. İnformasiyalar aparat və proqram vasitələrilə etibarlı qorunur.

Mainfreymlərin istismar xərci və maya dəyəri fərdi kompüterlərə nisbətən dəfələrlə çoxdur. Onlara xidmət çox saylı ixtisaslı işçi heyət – sistem proqramlaşdırıcılarından , tətbiqi proqramlaşdırıcılardan , mühəndis-texniklər və verilənləri hazırlayan operatorlardan ibarət kadr potensialı tələb edir. Buna görə də onların istismarı vaxtın optimal bölünməsi prinsipi əsasında həyata keçirilir. Belə ki, daha çox zəhmət tələb edən və uzun sürən hesablamalar, yerinə yetirilən məsələlərin sayı minimum olduğu gecə saatlarına planlaşdırılır. Gündüz vaxtlarında isə mainfreym daha az zəhmət tələb edən çoxsaylı məsələləri çoxistifadəçi rejimində icra edir. Bu rejimdə eyni vaxtda bir neçə məsələ ilə və uyğun olaraq bir neçə istifadəçi işləyir. Kompüter bu məsələləri paralel olaraq yerinə yetirir.

Minikompüterlər

Minikompüterlər mainfreymlərə nisbətən kiçik ölçülərinə görə, uyğun olaraq daha az məhsuldarlığına və qiymətinə görə fərqlənirlər. Belə kompüterlər əsasən sənaye, elmi, tədris üəssisələrində,

banklarda və orta biznes kateqoriyasına aid olan firmalarda istifadə olunur. Minikompüterlər multiprosessorlu arxitekturaya, çoxsaylı diskovodlara və perferiya qurğularına malik olub, 200-ə qədər terminalın qoşulmasını təmin edir. Onların istismarı üçün də ixtisaslı proqramlaşdırıcılar, mühəndis heyəti tələb olunur, lakin onların sayı mainfreymlərə xidmət heyətindən dəfələrlə az olur.

Mikrokompüterlər və ya fərdi kompüterlər.

Mikrokompüterlər maya dəyərinin, istismar xərclərinin az olması, onlarla işləmək rahat və sadə olması səbəbindən bütün tip müəssisələrdə fərdi olaraq istifadə olunur. Müəssisədə mikrokompüterlərin sayı kifayət qədər çox olduqda və kompüterlər lokal şəbəkəyə 2 qoşulduqda kompüterlərə və şəbəkəyə azsaylı - tərkibi bir neçə adamdan ibarət olan qrup

xidmət edir. Onlar informasiya təhlükəsizliyini təmin edir və sistem-texniki xidmətlər göstərirlər.

Mikrokompüterlərin təsnifat növləri

İxtisaslaşma səviyyəsi üzrə təsnifat. İxtisaslaşma səviyyəsi üzrə mikrokompüterlər iki yerə bölünür: universal və ixtisaslaşmış. Universal kompüterlər müvafiq proqram təminatı olduqda ixtiyari tətbiqi məsələni həll etməyə xidmət edir. İxtisaslaşmış mikrokompüterlər konkret təyinatlı məsələlərin həlli üçün nəzərdə tutulmuşdur. Belə kompüterlərə avtomobillərin, gəmilərin, təyyarələrin, kosmik aparatların bort kompüterlərini, tibbi avadanlıqlar qoşulmuş minikompüterləri, serverləri aid etmək olar. Forma ölçülərinə görə təsnifat. Mikrokompüterlərin forma ölçülərinə görə aşağıdakı kimi təsnifatı aparılır:

  • Masaüstü (desktop),
  • Portativ (Portable),
  • Cib (Palmtop)

Masaüstü minikompüterlər funksional imkanlarının böyüklüyünə, maya dəyərinin ucuz olmasına, daha əvvəl və kütləvi istehsalına görə daha geniş yayılmışdır. Onlar əsasında Avtomatlaşmış İşçi Yerləri yaradılır, fərdi olaraq bir əmək aləti kimi istifadə edilir. Masaüstü kompüterlər asanlıqla təmir olunur və modernləşdirilə bilər. Zərurət olduqda onun tərkibinə daxil olan ixtiyari qurğunu başqası ilə əvəz etmək mümkündür.

Postun şərhləri

  • MEHRİBAN
    June 13, 20, 10:24

    siz bu məlumati hardan əldə etmisiz tam emin ola bilərərm duzgunlüyünə?

  • admin
    June 30, 20, 10:38

    MEHRİBAN>>>Bəli tam dəqiq və son məlumatlardır. Bunları öz təcrübəmə və xarici mənəbələrə əsasən yazmışam. Birdə BDU mühazirələrinə istinad da etmişəm.

Mesaj qoy