İlkinur Kərəmli

profile-pic
MySQL

MySQL nədir? Harada istifadə edilir? Xüsusiyyətləri nələrdir?.

18 dekabr 2019

Proqramlamada iştirak edən hər kəs MySQL haqqında azda olsa eşidib. Bu yazıda MySQL haqqında əsas məlumatları verməyi düşünürəm. Bu yazını oxuduqdan sonra MySQL nədir? MySQL-ni harada istifadə etmək olar. MySQL əsas xüsusiyyətləri nələrdir? Bununla bağlı suallarınıza cavab tapacaqsınız.


MySQL nədir?


MySQL əlaqəli verilənlər bazası idarəetmə sistemidir. MySQL-nin nə olduğunu tam anlamaq üçün verilənlər bazası idarəetmə sistemi və əlaqəli verilənlər bazası şərtlərini də bilməlisiniz. Bu şərtlərin  nə demək olduğunu dərhal izah etməyə davam edək.


Verilənlər bazasının idarəetmə sistemi : verilənlər bazası  ilə əlaqəli istənilən  tələbləri təyin etmək, yaratmaq, istifadə etmək, dəyişdirmək və qarşılamaq üçün nəzərdə tutulmuş sistem və proqramdır.

Əlaqəli verilənlər :  verilənlər bazasında cədvəllər arasında olan əlaqələri, cədvəllərin bir-birinə bağlələğını ifadə edir.


MySQL cüt lisenziyalı bir sistemdir. Yəni həm ümumi bir ictimai lisenziyası (GPL) olan pulsuz bir sistemdir, həm də GPL ilə məhdudlaşan ərazilərdə istifadə etmək istəyənlər üçün ayrı bir lisenziyaya sahibdir.

Ayrıca MySQL əməliyyatlarını verilənlər bazasına daxil olmaq üçün istifadə olunan SQL adlanan ən ümumi və standart dildə həyata keçirir.


MySQL-in əsas xüsusiyyətləri nələrdir?


MySQL UNIX, OS / 2 və Windows platformalarında istifadə edilə bilər. Lakin, Linux altında daha yaxşı çıxış edir. MySQL ODBC sürücülərini istifadə etdiyi üçün birçox platformalarında istifadə edilə bilər.

Fərqli simvol dəstlərini (iso8859-9, utf-8, latın-5 ve) dəstəkləyir və onlara görə çeşidlənir, fərqli dillərdə səhv mesajları verə bilər.

Çox çevik və güclü bir istifadəçi girişi məhdudlaşdırma / avtorizasiya sisteminə malikdir.

MySQL versiyası 4.0 ilə “transaction” dəstəyi əlavə edildi və versiya 4.1 ilə alt sorğu dəstəyi əlavə edildi. Beləliklə, daha çox işlək hala gəldi.

Transaction ve atomik əməliyyatları istifadə edən müxtəlif cədvəl növlərini dəstəkləyir.


MySQL-ni harada istifadə edilir?


Güclü bir verilənlər bazası idarəetmə sistemi olan MySQL verilənlər bazası  demək olar ki, hər bir mühitdə istifadə edilə bilər. Ancaq xüsusilə veb serverlərdə ən çox istifadə olunan verilənlər bazasıdır, asp, php kimi bir çox veb proqramlaşdırma dilləri ilə istifadə edilə bilər.


MySQL hansı verilənlər bazası obyektlərini dəstəkləyir?


  • Tables (Cədvəl)
  • Views (Görüntü) (Görüntüləmə)
  • Procedures (Prosedür/Yordam)
  • Triggers
  • Cursors 


MySQL Cədvəl növləri nədir? Hansı Cədvəl növləri dəstəklənir?


MySQL əsasən 2 fərqli cədvəl tipini dəstəkləyir. Bunlar transaction cədvəlləri və atomik əməliyyatları cədvəlləridir.

Transactation cədvəlləri

  • InnoDB
  • Berkeley DB

Atomatik Prosesli cədvəllər

  • MyISAM
  • HEAP
  • MERGE
  • ISAM

Hələ ki  MySQL haqqında yazmaq istədiyim bu idi. Gələcəkdə əgər lazım olduğunu düşünərəmsə MySQL haqqında daha çox və dərin məlumatlarını yazmağı planlaşdırıram.

Mesaj qoy