İlkinur Kərəmli

profile-pic
PHP

PHP OOP-da __construct və __destruct nədir?.

18 sentyabr 2020

PHP OOP-a davam edirik. Beləcə keçəyin siniflərdə çox vacib olan deyimlərdən ikisi barədə danışaq.

Bunlar __construct  və __destruct dur

__construct  sinifin ilk işləyən funksiyasıdır. Yəni sinifdən obyekt yaradıldıqda ilk olaraq bu funksiya içində olan əmrlər yerinə yetirilir. Bu metoda biz dəyişənlər də göndərə bilərik. Bunu misal üzərindən göstərərsəm daha anlaşıqlı olacaq. Misal: 

 

class sinifadi {

    private $deyisen1;

     private $deyisen2;

    function __construct($deyisen1, $deyisen2){

        $this->deyisen1 = $deyisen1;

        $this->deyisen2 = $deyisen2;

    }

    function __destruct(){

        echo ('Obyektin sonu');

    }

    public function ok(){

    echo('Metod isleyir');

    }

}

$obj = new sinifadi(5, 40);


Burada biz private olan  dəyişənlərə __construct -qurucu funksiya vasitəsilə dəyər vermiş olduq.

Bu sinifd' siz; yad olan __destruct funksiyası haqqında da danışaq. Bu funksiya təyin olunan obyekt ilə iş görülmədikdə və ya obyekt ləğv edildikdə avtomatik olaraq işləyir. Buna dağıdıcı funksiyada deyilir.

Mesaj qoy