İlkinur Kərəmli

profile-pic
SQL

SQL kodları və onların işlənmə dairələri.

18 sentyabr 2020

SQL-də itifadə olunan və bildiyim bütün kodları izzahı ilə bu bloka toplamaq istəyirəm. Sizdə bunu unutduqda lazım olduqca açıb baxa biləcəksiniz.

SQL kodu *

İstifadə üsulu

Açıqlaması

SELECT
SELECT * FROM Customers;
Verilənlər bazasından məlumatlar gətirir
DISTINCT
SELECT DISTINCT Country FROM Customers;
Verilənlər bazasından fərqli olan məlumatları gətirir
COUNT
SELECT COUNT(Country) FROM Customers;
Verilənlər bazasından məlumatların sayını gətirir
WHERE  
SELECT * FROM Customers WHERE CustomerID=1;
Filtratsiya edir ( =, >, <, >=, <=, <> )
WHERE item BETWEEN x AND y

SELECT * FROM Products WHERE Price BETWEEN 50 AND 60;

Filtratsiyada verilən arada olan qiymətləri olan sətirləri gətirilir
WHERE item IN ('x1','x2')

SELECT * FROM Customers WHERE City IN ('Paris','London');

Filtratsiyada daxilində olan qiymətləri olan sətirləri gətirilir
WHERE item LIKE '%x%'

SELECT * FROM Customers WHERE City LIKE '%st%';

Filtratsiyada verilən söz keçən sətirləri gətirilir
WHERE item1='x' AND item2='y'

SELECT * FROM Customers WHERE Country='Germany' AND City='Berlin';

Filtratsiyada verilən şərtlər ödənən sətirləri gətirilir
WHERE item1='x' OR item1='y'

SELECT * FROM Customers WHERE City='Berlin' OR City='München';

Filtratsiyada verilən şərtlərdən biri ödənən sətirləri gətirilir

WHERE NOT item='x'

SELECT * FROM Customers WHERE NOT Country='Germany';

Filtratsiyada verilən şərtdə olmayan sətirləri gətirilir
WHERE item IS NULL
SELECT CustomerName, ContactName, Address FROM Customers WHERE Address IS NULL;
Filtratsiyada verilən sütunu boş olan sətirləri gətirilir

WHERE item IS NOT NULL;
SELECT CustomerName, ContactName, Address FROM Customers WHERE Address IS NOT NULL;
Filtratsiyada verilən sütunu boş olmayan sətirləri gətirilir

ORDER BY item ASC(DESC)

SELECT * FROM Customers ORDER BY Country ASC, CustomerName DESC;

Verilən şərtlərə uyğun sıralama aparır ( kiçikdən böyüyə və ya böyükdən kiçiyə)
INSERT INTO table_name (column1, column2, column3, ...) VALUES (value1, value2, value3, ...);
INSERT INTO Customers (CustomerName, City, Country) VALUES ('Cardinal', 'Stavanger', 'Norway');
Cədvələ verilən dəyərdə sətir əlavə edir
UPDATE table_name SET column1 = value1, column2 = value2, ...
WHERE condition
UPDATE Customers SET ContactName='Juan' WHERE Country='Mexico';
Cədvəldə verilən şərtləri ödəyən sətirləri verilən dəyərlər ilə redaktə edir
DELETE  
DELETE FROM table_name WHERE condition;
Cədvəldə verilən şərtləri ödəyən sətirləri silir
TOP, LIMIT and ROWNUM
SELECT column_name(s) FROM table_name WHERE condition
LIMIT number;
Limit mysql da istifadə edilir və verilən say qədər sətiri gətirir
MAX()  MİN()
SELECT MIN(Price) AS SmallestPrice FROM Products;
Verilən sütundakı ən çox(az) qiyməti gətirir
COUNT()
SELECT COUNT(column_name) FROM table_name WHERE condition;
Cədvəldə verilən şərtləri ödəyən sütun sayını gətirir
AVG()
SELECT AVG(column_name) FROM table_name WHERE condition;
Cədvəldə verilən şərtləri ödəyən sütundakı dəyərlərin orta qiymətini gətirir
SUM()
SELECT SUM(column_name) FROM table_name WHERE condition;
Cədvəldə verilən şərtləri ödəyən sütundakı dəyərlərin cəmini gətirir
AS
SELECT CustomerID AS ID, CustomerName AS Customer FROM Customers;
Adlandırma edir
INNER JOIN

SELECT Orders.OrderID, Customers.CustomerName, Orders.OrderDate

FROM Customers

INNER JOIN Orders

ON Customers.CustomerID=Orders.CustomerID;


Hər iki cədvəldə ortaq olanları gətirir
LEFT JOIN
* Sol cədvəldə olanları və ortaq olanlarə gətirir
RIGHT JOIN
* Sağ cədvəldə olanları və ortaq olanları gətirir
FULL OUTER JOIN
* Bütün cədvəlləri tamamlayaraq gətirir
GROUP BY
* Cədvəli nəyəsə görə qruplayır və max min count avg ilə istifadə olunur
HAVING condition
* Şərtə əsasən hesablama aparır
EXISTS  
* Bu şərt ödənərsə true və dəyər qaytarır
ANY * Bu şərt ödəndikdə dəyər listi qaytarır
ALL * Bu şərti bütün cədvəl ödəyərsə ondalist və true olarq geri dönür
INTO
* Bu kodla bir cədvəli digər cədvəlin içinə kopyalamaq mümkündür
INSERT INTO
* Bu əmr ilk cədvələ ikinci cədvəli kopyalayır
CASE
WHEN condition1 THEN result1
WHEN condition2 THEN result2
WHEN conditionN THEN resultN
ELSE result
END;
* Kodlamada if else deyiminə bənzəyir
IFNULL(), ISNULL(), COALESCE(),  NVL()
* Sütunlar boş olub olmamasını və alternativ dəyər verməsini təyin edir
CREATE DATABASE

CREATE DATABASE databasename;

Database yaradır
DROP DATABASE

DROP DATABASE databasename;

Databaseni silir
BACKUP DATABASE
BACKUP DATABASE databasename
TO DISK = 'filepath';
Databasenin ehtiyatını alır
CREATE TABLE
CREATE TABLE table_name (
    column1 datatype,
    column2 datatype,
    column3 datatype,
   ....
);
Cədvəl yaradır
DROP TABLE

DROP TABLE table_name;

Cədvəli silir
ALTER TABLE
* Cədvələ sütun əlavə edir, dəyişir, silir.
NOT NULL
CREATE TABLE Persons (
    ID int NOT NULL,
    LastName varchar(255) NOT NULL,
    FirstName varchar(255) NOT NULL,
    Age int
);
Cədvəl yaradanda sütunların xüsusiyyətlərini verir və boş olmayacağını deyir
UNIQUE
* Sütunun əvəzsiz olduğunu deyir təkrarlana bilməz
PRIMARY KEY
* Təyinedici sütun yaradır
FOREIGN KEY
FOREIGN KEY (PersonID) REFERENCES Persons(PersonID)
Başqa cədvələ bağlayacaq sütun olduğunu və hansı cədvələ bağlanacaqsa onu təyin etmək lazımdır
CHECK (Age>=18)
CHECK (Age>=18)
Sütunun ancaq verilən şərti ödəyən dəyərləri girməsini təyin edir
DEFAULT  
* Sütuna dəyər girilməzsə varolan dəyər verilməsini təyin edir
İNDEX CREATE INDEX index_name
ON table_name (column1column2, ...);
Sütunun axdarışda və istəklərdə daha cəld olmasına yarayır
AUTO_INCREMENT
* Sütunun hər giriləndə dəyərinin artmasını təyin edir




Mesaj qoy