İlkinur Kərəmli

profile-pic
PC

Linux əməliyyat sistemi.

6 dekabr 2019

Linux, çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən əməliyyat sistemidir.

Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

1991 ilində, C və Unix dərsləri aldığı vaxt özünə fərdi kompüter (PC) aldı. Kompyuterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir Hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.

Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.

Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəst bölüşülməsidir.

Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun ardıcılları tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.

Linuksun rəsmi talismanı - Tux sayılır.

Linuks Intel x86, x86-64, PowerPC, ARM, Alpha AXP, Sun SPARC, Motorola 68000, Hitachi SuperH, IBM S/390, MIPS, HP PA-RISC, AXIS CRIS, Renesas M32R, Atmel AVR32, Renesas H8/300, NEC V850, Tensilica Xtensa və s. arxitekturalı prosessorlarda işləyir.

Linuksun distributivləri:

Fedora Core

RedHat şirkəti RedHat 9 versiyasından sonra RedHat Linuxu iki versiyaya ayırdı. Pulsuz və Pullu. Pulsuz versiyası Fedore Core oldu.

Ubuntu

İstifadəsi çox asan və rahat olan distributivdir. Çox yığcam və rahatdır. Debian əsasında yaradılmışdır. Mənası Zulu dilində "Başqaları nədirsə mən də oyam" deməkdir.Canonical Ltd. tərəfindən inkişaf etdirilir.

KUbuntu

Ubuntu distributivinin KDE ilə olan analoqudur.

openSUSE

Linux SuSE. Almaniyada hazirlanmağa başlanmış SuSE (Gesellschaft für Software und Systementwicklung mbh) bu gün ən dəstəklənən və ən mükəmməl distributivlərdən biridir.İndi Amerikanın Novell şirkəti tərəfindən inkişaf etdirilir.

Debian

Ən məşhur Linux platformalarından biridir.Süni İntellekt onu xüsusilə sevir.

Mandriva

Mandrake və Conectiva adlı distributivlərin hibridi olan bu sistem Braziliyada məşhurdur.

Kali Linux

Proqramçılar arasında məşhurdur.

Mesaj qoy